Şirkətin seyfindən pul oğurlanıb


21:49     20 Yanvar 2017 seyf-qarət-oğurluq.jpg

Bakıda şirkətin ofisindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.


Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Məhərrəm Süleymanova məxsus Salamzadə küçəsi 38 A ünvanında yerləşən KMSL Məhdud Məsuliyyəti Cəmiyyətə məxsus ofisin pəncərəsinin şüşələrini sıdıraraq içəri daxil olublar. Oradakı seyfdən açar seçmə yolu ilə 1 000 manat və 1 000 ABŞ dolları pul oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 886