Ramin Quluzadə vətəndaşlarla görüşüb
19:53 27 Yanvar 2017
Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sumqayıt şəhərində vətəndaşlarla görüşüb.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, nazir Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərindən olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib. Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. R. Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Regional səfər çərçivəsində nazir R. Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir R. Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.
Femida.az
Oxunub: 887
Oxşar xəbərlər
- Ramin Quluzadə Yevlaxda vətəndaşlarla görüşüb
- Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb
- Ramin Quluzadə Göygöldə vətəndaşlarla görüşüb
- Ramin Quluzadə vətəndaşlarla görüşüb
- Ramin Quluzadə yeni yaradılan nazirliyin rəhbəri oldu
- Ramin Quluzadə vətəndaşlarla görüşüb
- Ramin Quluzadəyə yeni müavin təyin olundu
- Ramin Quluzadə nazir təyin olundu
- Ramin Hacılının yalanı üzə çıxdı - “Bizim elə bir müxbirimiz yoxdur”