Yollarda vəziyyət necədir? - Açıqlama


15:07     31 Yanvar 2017 yollara%20qum%20duz.jpeg

Respublikanın avtomobil yollarında müşahidə olunan vəziyyət açıqlanıb.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Femida.az-a açıqlamasında bildirib ki, respublika boyu avtomobil yollarında hərəkət var.

“Respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolu, Lənkəran-Lerik, Masallı-Yardımlı avtomobil yollarının keçdiyi ərazilərdə sulu qar yağır. Həmin yollarda da hərəkətdə heç bir problem yoxdur”, - deyə K. Əliyev qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1220