Ankarada Suriya müxalifəti ilə danışıqlar aparılacaq


16:11     03 Fevral 2017 Kocatepe-mosque-Ankara.jpg

Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçın Ankarada Suriya müxalifətinin nümayəndələri ilə danışıqlar aparacaq.


Bu barədə RİA Novosti-yə Türkiyə XİN-dəki mənbə bildirib.

Danışıqlarda Suriya müxalifətinin müzakirələr üzrə ali komitəsinin nümayəndələrinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1417