Mərakeşdəki FETÖ məktəbləri bağlanacaq


21:00     04 Fevral 2017 fetullah8.jpg

Mərakeş Təhsil Nazirliyi FETÖ qruplaşmasına aid Məhəmməd Fateh adlı təhsil ocaqlarının bağlanacağını bəyan edib.


Bildirilib ki, Mərakeş Daxili İşlər Nazirliyinin qapadılma ilə bağlı qərarı öz qanuniliyini hələ də qoruyur.

Təhsil Nazirliyindən verilən açıqlamada bu barədə vurğulanıb: “Məhəmməd Fateh təhsil ocaqlarının Mərakeş vətəndaşlarına satılması və ya rəsmi olaraq başqa insanların adına sənədləşdirilməsi müzakirə mövzusu deyil. Daxili İşlər Nazirliyinin qərarı öz qanuniliyini qoruyur”.

Qeyd edək ki, 2016-cı ilin 15 iyul tarixində Türkiyədə hərbi çevrilişdə ittiham olunan Fətullah Gülən və FETÖ qruplaşmasına məxsus bir çox təhsil ocaqlarının dünyanın müxtəlif bölgələrində fəaliyyətləri qadağan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1059


Oxşar xəbərlər