DİM-də yeni təyinatlar olub


19:54     06 Fevral 2017 dim.png

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təyinatlar olub.


Müvafiq qərarla Vüqar Əsgərov Hüquqi təminat və insan resursları şöbəsi, Vüsal Həmidov E-imtahanların təşkili və keçirilməsi şöbəsi, Vəli Məstəliyev isə Maliyyə və iqtisadiyyat şöbəsinə müdir təyin ediliblər.

Qeyd edək ki, DİM faktı təsdiqləyib. Məlumata görə, DİM-də strukturun formalaşdırılması davam edir.

Məlumat üçün bildirək ki, V. Əsgərov, V. Həmidov və V. Məstəliyev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) çalışıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 2363