Ziya Məmmədova yeni səlahiyyət verildi
15:51 09 Fevral 2017
Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Femida.az-ın məlumatına görə, bu əsasnamə Azərbaycan ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.
Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının Azərbaycan avtodaşıyıcılarına verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Dəyişikliyə əsasən bundan sonra Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan avtodaşıyıcılarına verilməsi də Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Femida.az
Oxunub: 4985
Oxşar xəbərlər
- Ziya Məmmədovun bacısı işdən çıxarıldı
- Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - Nazirlik liseyində araşdırma aparır
- Ziyafət Əsgərov andiçmə mərasiminə gedib
- Ziyad Səmədzadə: Bankların fəaliyyətində ciddi nöqsanlar var
- Ziya Məmmədovun müşavirinə pul `atan` şəxs azadlıqda
- Ziya Məmmədovun müşaviri Çovdarova pul verirmiş
- Ziya Bünyadovun ölümündən 20 il keçdi
- Ziya Məmmədovun sabiq müşaviri - Məhkəmədə
- Ziya Məmmədov vətəndaşlarla görüşüb
- Ziya Məmmədov Rusiyada nəyi müzakirə edir?