Nalbandyan Moskvaya gedir
13:18 21 Fevral 2017
Fevralın 21-22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.
`RİA Novosti` agentliyinin verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verib.
Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
“Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər”, məlumatda deyilir.
Femida.az
Oxunub: 1866
Oxşar xəbərlər
- Nalbandyan həmsədrlərlə görüşdü
- Nalbandyan həmsədrlərlə görüşəcək
- Nalbandyan Məmmədyarovla görüşünün vaxtını açıqladı
- Nalbandyan Romaya gedəcək
- Nalbandyan Brüsselə gedir
- Nalbandyan Qarabağa gəlib
- Nalbandyan Rusiyada biabır oldu - VİDEO
- Nalbandyan Lavrovla görüşdü
- Nalbandyan da Almaniyaya gedir - Həmsədrlərlə görüş olacaq
- Nalbandyan yalan danışıbmış - XİN açıqlama yaydı