Şairəni maşınla vurub öldürən sürücü tutuldu
15:19 23 Fevral 2017
Ötən gecə Lənkəranın Liman şəhərində piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub.
Femida.az-ın verdiyi məlumata görə, hadisəni törədən şəxsin Masallının Müsəküçə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov olduğu müəyyənləşib. O, idarə etdiyi "VAZ-21099" markalı avtomaşınla piyadanı vuraraq hadisə yerindən qaçıb. B. Həsənov saxlanılıb.
Qeyd edək ki, dünən Ələt-Astara yolunun Liman şəhəri ərazisində Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub. D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. D.Şəmiyevanın şairə olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1232