Kərkükdən Ceyhana neft ixracı yenidən başladı


20:26     04 Mart 2017 kerkuk%20ceyhan.jpg

Kərkük Vilayət Məclisinin Energetika Komissiyasının üzvü Necat Hüseyn Kərkükdən Ceyhana neft ixracının yenidən başladığını bildirib.


Hüseyn "Kürdüstan Vətənpərvərlər İttifaqına (KVİ) bağlı asayiş qüvvələrinin maneəsiylə dayanan neft ixracı yenidən başlayıb", - deyib.

Süleymaniyyə şəhərindən dünən zirehli texnikayla Kərkükə gələn silahlı birliklər Molla Abdulla bölgəsindəki AT1 quyusu və Şimal Neft Şirkətinə müdaxilə etmişdi. KVİ-yə bağlı təhlükəsizlik qüvvələrinin maneəsi səbəbilə dünən Kərkükdən Ceyhan limanlarına nəql edilməmişdi.

Kərkükdəki quyulardan çıxarılan gündəlik 150 min barrel İraq Kürd Muxtar Regionunun nəzarətində olan kəmərlərlə Ceyhan limanından dünyaya satır.

Femida.az

Açar sözlər:

Oxunub: 1341


Oxşar xəbərlər