Nyu-Yorkda miqrasiya siyasəti əleyhinə yürüş keçirilib


23:06     18 Mart 2017 miqrasiya5.jpg

Nyu-Yorkda Müqəddəs Patrik günü münasibətilə 150 min insanın iştirakı ilə yürüş keçirilib.


Yürüş iştirakçıları hökumətdən miqrasiya siyasətinə yenidən baxmağı tələb ediblər.

Yürüşdə Nyu-Yorkun meri Bill de Blazio, şəhərin polis komissarı Ceyms Onil və Nyu-York ştatının qubernatoru Endryu Kuomo iştirak ediblər.

“Hökumət ölkədə yaşayan insanları bir-birindən ayırmaq istəyir. Lakin Nyu-York – irlandiyalılar, italyanlar, yəhudilər, müsəlmanlarındır. Birimizə edilən hücumu hamımıza edilmiş hücum kimi dəyərləndiririk”, deyə E.Kuomo bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1034