Palata bu banka şöbə açmağa icazə verdi
16:29 01 Aprel 2017
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən Kapital Bank ASC-nin “Dəmiryol” şöbəsinin açılması üçün icazə verilib.
MBNP-dən Femida.az-a verilən məlumata görə, sözügedən bank tərəfindən struktur bölmənin fəaliyyətə başlaması üçün MBNP-yə daxil olmuş müraciət müsbət dəyəndirilib və şöbənin açılmasına dair qərar qəbul edilib.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 11.1-ci və “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi” Qaydalarının 4.1-ci bəndinə, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən Kapital Bank ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov 24 (2 saylı ASAN Kommunal) ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.
Femida.az
Oxunub: 669
Oxşar xəbərlər
- Palatadan “Şahdağ” Turizm Mərkəzinə qiymət XƏBƏRDARLIĞI
- Palata səfirliyə ayrılan vəsaiti yoxladı
- Palata tender keçirir
- Palata nazirlikdə nöqsanlar aşkar etdi
- Palatanın səlahiyyətləri artırılır
- Palata fondda nöqsanlar aşkar etdi
- Palatadan banklara sərt xəbərdarlıq
- Palatadan - TƏKZİB BƏYANATI
- Palata nöqsanlar aşkarladı - Xəbərdarlıq