Külək Gəncədə fəsadlar törədib


19:26     01 Aprel 2017 kwlrk%20agac%20asib%20olub.jpg

Ötən gecə qərb bölgəsində əsən güclü külək Gəncədə bir sıra fəsadlar yaradıb.


Femida.az-ın xəbərinə görə, şəhərin Əttarlar küçəsində, “Məhsəıti Gəncəvi” parkında şam ağacı küləyin təsirindən aşaraq işıqlandırma dirəyini sıradan çıxarıb. Həmçinin “Füzuli” parkında, 1-ci mikrorayonda da küləyin təsirindən ağaclar aşıb. Aidiyyatı qurumlar səhər saatlarından başlayaraq fəsadlarına radan qaldırılması işləri ilə məşğuldurlar.

Gecə saatlarında şəhərin bəzi yerlərində elektrik verilişində fasilə olsa da, tez bir zamanda bərpa edilib.

Külək qərb bölgəsində bir neçə rayonda da fəsadlar yarandb. Kəndlərə gedən elektrik xətləri qırılıb, dirəklər aşıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 880