Şirkətdən oğurluq edən şəxs saxlanılıb


16:28     12 Aprel 2017 1444025855_ogurluq1.jpg

Bakıda fəaliyyət göstərən şirkətlərdən birindən oğurluq edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirlik və Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar idarələri, Nəsimi Rayon Polis İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə cari il yanvarın 12-də Nəsimi rayonu ərazisində fəaliyyət göstərən MMC-lərdən birinin seyfindən 1000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elturan Vəlibəyov Sumqayıt şəhəri ərazisində tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 866