Afrikada uşaq kamikadzelərin sayı artır


02:52     13 Aprel 2017 afrika%20usaq.jpg

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNİCEF) “Boko Haram” terrorçu qruplaşmasının uşaq yaşda olan kamikadzelərdən istifadə etdiyini bəyan edib.


Açıqlamada bildirilib ki, bu sahədə istifadə olunan uşaqların sayı da artıb. ""Boko Haram"ın Orata Afrikada, Nigeriyada, Kamerunda, Niger və Çad arasındakı Çad gölü bölgəsində uşaq kamikadzelərdən daha çox istifadə etməsi və bu barədə sayların artması narahat edicidir", - deyə UNİCEF vurğulayıb. Açıqlamada qeyd edilib ki, bu ilin 3 müxtəlif ayında terror aktlarında 27 uşaq kamikadzedən istifadə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 930