Parklar icra hakimiyyətlərinə verildi


14:08     14 Aprel 2017 yaz%20havasi%20qqq7.jpg

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.


Femida.az-ın məlumatına əsasən, qərara əsasən mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb.

Mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1041