İranlılar İngiltərə banklarını məhkəməyə verdilər
03:33 23 Aprel 2017
İran vətəndaşlarının hesablarının qapadılmasından sonra İngiltərə bankları əleyhinə məhkəmə iddiası qaldırılıb.
"Black Stone" hüquqi yardım şirkəti iqtisadi embarqoların ləğv edilməsinə baxmayaraq iranlıların hesablarının qapadılması prosesinin hələ də davam etdiyini açıqlayıb.
Bildirilib ki, iranlılar tərəfindən qaldırılan məhkəmə iddiası 60 faiz artıb.
Qeyd edək ki, ABŞ və İngiltərə hökumətləri sanksiyaların sadəcə İran hökumətinə aid olduğunu və vətəndaşların bu məsələdə sığortalandığını iddia etmişdi.
Femida.az
Oxunub: 1343