Almaniyada çadra qadağası təsdiqləndi


13:15     28 Aprel 2017 06AD40B4-3BFB-4583-B10E-6B628EE70CBB_w1023_r1_s.jpg

Almaniya Bundestaqı qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsini qismən qadağa qoyan qanun layihəsini dəstəkləyib.


`Reuters`in yaydığı xəbərə görə, bu barədə Almaniyanın DİN rəhbəri Tomas de Mezyera bildirib.

Məlumata görə, qadağa dövlət qulluqçuları, hakim və hərbçiləri əhatə edib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel bundan qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.

Angela Merkel müvafiq çağırışı ilk dəfə olaraq ötən ilin dekabrında 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1397