XİN-dən Zaxarovaya CAVAB


15:46     28 Aprel 2017 1441560940_xin.jpg

"Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir"


Femida.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır.

"Nəzərə almaq lazımdır ki, Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür". - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı azərbaycanlı jurnalistin sualını yarımçıq kəsərək Azərbaycan mediasını `xam` adlandırıb. Zaxarovanın bu münasibəti Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2232