Generallar hərbi təlimləri izlədi (FOTO + VİDEO)
23:20 04 May 2017
Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, mayın 4-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri polkovnik Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyiblər.
Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib. Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.
Femida.az
Oxunub: 1064
Oxşar xəbərlər
- Generalların məhkəməsi davam edir
- Generalların məhkəməsi olub
- Generalların məhkəməsi davam edir
- Generallar Qarabağı müzakirə etdi
- Generalların məhkəməsi davam edir
- Generallar Fəxri Xiyabanda - Fotolar
- Generallar Həzi Aslanovun abidəsi önündə - FOTOLAR
- Generallar aeroportda - Yoxlama aparılır
- Generallar bir arada - Milli Qəhrəmanın xatirəsi anıldı (FOTOLAR)
- Generallar təcili cəbhəyə getdi - Gərginliyə görə