800-ə yaxın sürücü sarı zolağa görə cərimələnib


21:56     08 May 2017 aa1ea80a392c.jpg

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-ə yaxın sürücü cərimələnib.


Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov danışıb.

Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarətin gücləndirildiyini diqqətə çatdıran V.Əsədov sürücüləri zolağa daxil olmamağa çağırıb.

IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minib və mayın 25-nə qədər qüvvədə qalacaq. Bu zolaqda yalnız Oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər.

Qaydanı pozan sürücülər 40 manat cərimə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1606