DİN-dən açıqlama: Axtarışda olan 20 nəfər həbs olunub


15:25     13 May 2017 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1471