Terrorçuların olduğu maşın partlayıb


23:20     14 May 2017 nigeriya%20terror.jpg

Əfqanıstanın cənubunda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb.


Femida.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Şənbə günü “Taliban” silahlılarının avtomobili Qəndəhar vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Nəticədə 10 silahlı ölüb, 7 silahlı isə yaralanıb.

Qeyd edək ki, “Taliban” tez-tez belə qurğulardan hökumət qüvvələrinin əleyhinə silah kimi istifadə edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1380