Dostunun maşınını qaçırdı
19:00 19 May 2017
Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.
Femida.az
Oxunub: 732