Filippində 19 nəfər öldürülüb


15:27     28 May 2017 14959497433949659877_1000x669_1495955688.jpg

Filippində İŞİD terror qruplaşmasını dəstəkləyən silahlılar 19 dinc sakini öldürüb. Hökumət qüvvələri ilə terrorçular arasında baş verən toqquşmalarda ümumilikdə 85 nəfər həlak olub.


Bu barədə RİA Novosti France Press agentliyinə istinadla məlumat yayıb.

Filippinin hökumət rəsmilərinin məlumatına görə, dinc sakinlərin öldürülməsi halı Maravi şəhərində baş verib. Məhz bu ərazidə hazırda toqquşmalar davam edir. Həlak olanlar arasında 3 qadın və bir uşaq var. Meyitlər hərbçilər tərəfindən şəhərdəki universitet yaxınlığında tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 840