Terrorçuluqla bağlı qanun dəyişir


19:10     02 İyun 2017 milli%20m7.jpg

“Terorçuluqla mübarizə haqqında” qanuna dəyişiklik edilir.


Bununla bağlı qanunda göstərilmiş “terrorçu” və”terror təşkilatı” anlayışları genişləndirilir.

Hazırki qanunvericiliyə əsasən, terrorçu — hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir.

Dəyişiklikdə qeyd olunub:

Terrorçu- hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir.

Mövcud variantda göstərilib ki, terror təşkilatı — terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir.

Terror təşkilatı - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirilməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır.

Femida.az

Açar sözlər:

Oxunub: 806


Oxşar xəbərlər