Niyə görüntülü danışmaq olmur? - Nazirlikdən açıqlama


22:16     03 İyun 2017 1496497046-8317.jpeg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün istifadəçilərə bildirir ki, ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.

Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 13493