Balakəndə zəlzələ olub


16:20     05 İyun 2017 zelzele%2017.jpg

Balakən rayonunda zəlzələ olub.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlkin məlumatlara görə, yerli vaxtla saat 11:20:56-da Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 3.8, dərinliyi isə 2 km olub.

Femida.az

Açar sözlər:

Oxunub: 557