Məktəblilər arasında kütləvi dava - Xəsarət alanlar var
23:58 05 İyun 2017
Goranboy rayonunda məktəblilər arasında düşən kütləvi dava düşüb.
Femida.az -ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib.
Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.
Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin, V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib.
Məktəblilər arasında düşən davanın səbəbi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 917
Oxşar xəbərlər
- Məktəblilərin payız tətili nə vaxt başlayır? - Nazirlikdən AÇIQLAMA
- Məktəblilər qəzaya düşdü: Yaralananlar var
- Məktəblilərin payız tətilinin vaxtı açıqlandı
- Məktəbliləri daşıyan avtobus körpüdən aşıb, 5 uşaq ölüb
- Məktəblilərimiz erməni idmançılarını məğlub etdi - FOTOLAR
- Məktəblilər arasında yarışlar davam edir
- Məktəblilərin olduğu avtobus qəzaya uğradı: 3 ölü, 56 yaralı
- Məktəblilər hicab qadağasına etiraz edir
- Məktəblilərin `Ölkəmizi tanıyaq` layihəsi
- Məktəblilərin payız tətili günləri açıqlandı