Prezidentə təbriklər gəlməkdə davam edir
01:22 06 İyun 2017
İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, İndoneziya və Azərbaycan dövlətləri arasında ikitərəfli münasibətlər, o cümlədən xalqlarımızın birgə mənafeyi naminə təhlükəsizlik və inkişaf yolunda çoxtərəfli əməkdaşlığımız daha da möhkəmlənəcək.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
XXX
Malayziyanın XV Ali Başçısı Sultan Muhammaddan:
"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, birinci xanıma və Azərbaycan xalqına Malayziya Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi çatdırırıq.
Ümidvarıq ki, Azərbaycan Respublikası Zati-alinizin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəkdir".
Oxunub: 791
Oxşar xəbərlər
- Prezidentə təbrik məktubları gəldi
- Prezidentə qarşı sui-qəsdin qarşısı alınıb
- Prezidentə Malidən məktub gəldi
- Prezidentə təbriklər gəlməkdə davam edir
- Prezidentə təbriklər gəlməkdə davam edir
- Prezidentə təbriklər gəlməkdə davam edir
- Prezidentə ən çox şikayət edən rayonların adları açıqlandı
- Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
- Prezidentə təbriklər gəlməkdə davam edir
- Prezidentə İsraildən təbrik gəlib