Parkda uşaqlar üçün idman dərsi təşkil olunub


22:03     10 İyun 2017 Trenajor-bulvar.jpg

Bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin parkında uşaqlar idman dərsi təşkil olunub.


Mərkəzdən Femida.az-a verilən məlumata görə, bir saatdan artıq davam edən dərsdə uşaqlar müxtəlif idman hərəkətləri edib, musiqi sədaları altında əyləncəli vaxt keçiriblər.

Dərsi idman ustası, 5 qat respublika çempionu, Avropanın vitse-çempionu, bədii gimnastika, Tonus klubunun müalicəvi bədən tərbiyəsi və streçinq üzrə məşqçisi Aelita Xələfova keçib.

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında idmana maraq və sevgini artırmaq məqsədi daşıyan dərsə giriş sərbəst və ödənişsiz olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkı şəhər sakinləri və qonaqların dincəldiyi, asudə vaxtlarını keçirdiyi ən sevimli məkanlardandır. Parkda həmçinin mütəmadi olaraq müxtəlif proqramlar-idman dərsləri, yoqa sessiyaları, konsert və s proqramlar da təşkil edilir.

Bu axşam 20:30-da isə Mərkəzin parkında dj Kənan və tarzən Azər Abbasovun iştirakı ilə açıq hava konserti olacaq. Konsertə giriş sərbəstdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1805