Əlcəzairdə helikopter qəzaya uğrayıb


22:58     14 İyun 2017 helikopter1.jpg

Əlcəzairin cənub-qərbində helikopterin qəzaya uğraması nəticəsində Milli Jandarmeriyanın iki yüksəkrütbəli əməkdaşı həlak olub.


Femida.az -ın məlumatına görə, daha bir nəfər ağır xəsarətlər alıb.

Helikopterin təlim uçuşu həyata keçirərkən qəzaya uğradığı bildirilib.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Açar sözlər:

Oxunub: 546