Ölənlərin sayı artır - Londonda


21:45     15 İyun 2017 london%20terror7.jpg

Xəbər verdiyimiz kimi İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli “Grenfell Tower” binasında güclü yanğın baş verib.


Femida.az BBC-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğında 12 nəfər ölmüş, 68 nəfər isə yaralanmışdı.

Vəziyyəti ağır olan 18 nəfərdən daha 5 nəfəri isə bu gün ölüb. Beləliklə, yanğın faciəsində ölənlərin sayı 17-yə çatıb.

Tibb işçiləri bəzi cəsədlərin tanınmaz halda olduğunu və onların kimliyinin dəqiqləşdirilməsinin günlər, hətta həftələrlə çəkə biləcəyini söyləyiblər.

Evi yanan 44 ailə müvəqqəti sığınacaqlara yerləşdirilib.

Açar sözlər:

Oxunub: 740