Daşkəsəndə qəza: Vəzifəli şəxslər ağır yaralandı
22:14 18 İyun 2017
Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Hundai sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı xəsarət almış digər yaralı isə "Niva" markalı avtomobildə olmuş YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur. Hadisə
zamanı onun həyat yoldaşı, gəlini və nəvələri də nəqliyyat vasitəsində imiş.
Yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, biri isə Daşkəsən
Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir. F.Cəfərlinin səhhətində problem olduğundan o, bu yaxınlarda ürək əməliyyatı keçirib.
Femida.az
Oxunub: 6297
Oxşar xəbərlər
- Daşkəsəndə poçtdan oğurluq edilib
- Daşkəsəndəki meşə yanğını söndürülüb
- Daşkəsəndə meşə yanır
- Daşkəsəndə şok görüntülər - Uşaqlar tövlədə dərs keçir
- Daşkəsəndə mədən ərazisində yanğın olub
- Daşkəsəndə maşın qadını vurdu
- Daşkəsəndə taksi ər və arvadı vurdu
- Daşkəsəndə yeni su xətti istifadəyə verilib
- Daşkəsəndə məktəblini ilan sancıb
- Daşkəsəndə maşın çaya düşdü - Ölən var