Qətərə müharibə elan edilib - Gərginlik


23:44     30 İyun 2017 qeter.jpg

“Qətərin bir sıra ərəb ölkələri tərəfindən təcrid edilməsi ölkəyə qan tökülmədən müharibə elan edilməsi deməkdir”, - bunu Qətərin müdafiə naziri Xalid əl-Attiya deyib.


Femida.az xəbər verir ki, bu barədə Türkiyədə dərc edilən “el-Arabi el-Cedid” qəzeti məlumat yayıb.

Qəzetin yaydığı məlumata görə, Attiya sərhədlərin, hava məkanının bağlanması qan tökülmədən müharibənin elan edilməsindən fərqli bir şey deyil.

Nazirin sözlərinə görə, Qətərlə münasibətlərinə son verən ölkələr Qətəri terrorizmi dəstəkləməkdə ittiham edərək, məqsədyönlü şəkildə təxribat aparırlar.

Bu gün Qətərin müdafiə naziri Xalid əl-Attiyə Ankaraya gəlib. Səfər çərçivəsində o, Türkiyənin müdafiə naziri Fikri İşık ilə görüşüb.

Səfərin digər detalları açıqlanmır.

Açar sözlər:

Oxunub: 5015