Qətərin 48 saat vaxtı var


01:45     04 İyul 2017 qeter.jpg

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn 13 maddəlik tələbi yerinə yetirmək üçün Qətərə verilən vaxtı 48 saat uzadıblar.


Femida.az BBC-yə istinadən xəbər verir ki, bu ölkələr 11 gün öncə tələblərini Qətərə bildirmiş və qəbul ediləcəyi təqdirdə sanksiyaların götürüləcəyini açıqlamışdılar.

Verilən vaxt 2 iyulda bitdikdən sonra Qətər cavab olaraq tələbləri qəbul etməyəcəyini bildirdi.

Bu ölkənin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni uyğun şərtlər olarsa dialoq apara biləcəklərini demişdi:

“Körfəz ölkələrinin hazırladığı 13 maddəlik tələb siyahısının terrorizmlə əlaqəsi yoxdur. Həmin maddələr Qətərin suverenliyini məhdudlaşdırdığı üçün onları rədd etmişik. Əgər uyğun şərtlər olarsa dialoqa girə bilərik”.

Xatırladaq ki, 13 maddəlik siyahıda Qətərin İsraillə əlaqəsini kəsməsi, “Əl-Cəzirə” kanalının və Türkiyənin Qətərdəki hərbi bazasının bağladılması və s. şərtlər qoyulub.


Femida.az

Açar sözlər:

Oxunub: 823