Putinlə Tramp görüşür


20:14     04 İyul 2017 14991653442773240316_1000x669.jpg

Rusiya və Amerika Birləşmiş Ştatlarının prezidentləri Vladimir Putin və Donald Tramp iyulun 7-də Hamburqda görüşəcəklər. Bu barədə Rusiya administrasiyasından prezident köməkçisi Yuriy Uşakov məlumat verib.


Femida.az Rusiyanın NTV telekanalının saytına istinadla xəbər verir ki, Hamburqda “Böyük iyirmilik” (G20) sammitində iştirak edəcək hər iki ölkənin dövlət başçılarının görüşündə mövcud siyasi və hərbi qarşıdurmalarla bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, “Böyük iyirmilik” sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 746