Narkotiklərlə bağlı 1309 nəfərə cinayət işi açıldı, 1167-si işsizdir


16:14     18 İyul 2017 narkotik60.jpg

Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Femida.az-a bildirilib ki, onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Hesabat dövründə 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 684


Oxşar xəbərlər