42 dərəcə isti olacaq
13:23 29 İyul 2017
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1253
Oxşar xəbərlər
- 42 min müəllimin maaşı ARTIRILDI
- 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib
- 42 günə Yer kürəsinə dövrə vurdu - REKORD
- 42 min uşaq I sinfə gedəcək
- 42 yaşlı kişi dənizdə çimərkən batıb
- 42 dərəcə isti olacaq
- 42 dərəcə isti olacaq - Günün hava proqnozu
- 42 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
- 42 yaşlı kişi özünü asdı
- 42 dərəcə isti olacaq - Günün havası