Artur Rasi-zadə prezidentlə Xəzərin statusunu müzakirə etdi


21:53     08 Avqust 2017 1502194501163520372-1000x669.jpg

Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.


Femida.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

A. Rasi-zadə Azərbaycanla Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. A. Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov isə Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunub, ölkəmizin bununla bağlı liderliyinin əhəmiyyətini qeyd edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 745