Pakistanda sərhədçilərə hücum - 7 ölü


19:07     15 Avqust 2017 55fbc1a77361d.jpg

Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub.


Femida.az xarici kiv-lərə istinadən xəbər verir ki, hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib.

Məlumata görə, Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.

Pancqur bölgəsində isə atışma zamanı bir sərhədçi həlak olub, iki nəfər yaralanıb.

Hadisələrlə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 785