Saxta siqaret satışının qarşısı alınıb
01:53 16 Avqust 2017
Dövlət Gömrük Komitəsi (DGK) Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb və sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib.
Femida.az xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, sürücü xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarının tələblərinə məhəl qoymayaraq avtomobilində yoxlama aparılmasına mane olmağa çalışıb. Gömrük əməkdaşları təkrar qanunvericiliyin müvafiq müddəaları barədə izahat apardıqdan sonra vətəndaşın idarə etdiyi avtomobil özünün iştirakı ilə Yevlax Gömrük İdarəsinə gətirilərək nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 29 000 ədəd - "Manchester Nano Black", "Cavallo Pure", "Senator White Line", "Senator Graand Virginia", "GM Grand mark", "Goldengate", "GM Nano edition", "Senator Aroma", "Mac extra Philter", "NZ", "Cavallo Gino Ferrera", "CK Canary" və "Kingdom" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 808
Oxşar xəbərlər
- Şaxta Baba ucqar kəndlərdə uşaqları sevindirdi
- Saxta pul satan ana və qızına 7 il CƏZA
- Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ
- Saxta pulla alver etmək istədi, tutuldu
- Saxta pul hazırlayan şəxs tutulub
- Saxta pul kəsənlərin cəzası azaldıldı
- Saxta Azərbaycan pasportu ilə sərhədi keçmək istəyən “qanuni oğru” saxlanılıb
- Saxta MTN əməkdaşının məhkəməsi olub
- Saxta diplom satan Azərbaycan vətəndaşı tutuldu - Rusiyada
- Saxta əmtəə nişanlı araqlar tapılıb