Turizm şirkətlərinin nəzərinə!


04:07     27 Avqust 2015 97921.jpg

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq olunub.


Femida.az xəbər verir ki, yeni qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.

Qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb edilən sənədlər qurumun turizm şöbəsinə təqdim oluna bilər.

Açar sözlər:

Oxunub: 754