Polşanın keçmiş prezidenti qəzaya düşüb


23:48     24 Avqust 2017 1498341769_1503588171.jpg

Polşanın keçmiş prezidenti Lex Valensa Qdansk şəhərində qəzaya düşüb.


Femida.az-ın xəbərinə görə, bu barədə yerli RFM.FM radiosu məlumat yayıb. Belə ki, Hökumət Mühafizə Bürosuna məxsus avtomobil “Citroen” markalı avtomobil toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb. Bildirilir ki, avtomobil xüsusi siqnallar işə salınmadan hərəkət edib. Hadisə yerinə gələn polis qəzanın baş verməsində təqsirli olan “Citroen”in sürücüsünü cərimələyib.

Femida.az

Açar sözlər:

Oxunub: 805