Yük qatarı sərxoş kişini vurdu


13:06     26 Avqust 2017 demiryolu-qatar.jpg

Bakıda yük qatarı sərxoş kişini vurub.


Femida.az xəbər verir, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Binəqədi qəsəbəsində "Baksol" kimi tanınan ərazidə dəmir yolu relslərinin üzərindən keçən 1972-ci il təvəllüdlü Əliyev Elşad Musa oğlunu yük qatarı vurub. Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Əliyevin vəziyyəti ağırdır.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı məlum olub ki, E.Əliyev sərxoş vəziyyətdə qatar relslərinin üzərində gəzib. O, qatar maşinistinin verdiyi xəbərdaredici səs siqnallarına əhəmiyyət verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1257