Elmar Məmmədyarov Budapeştə gedir


14:25     30 Avqust 2017 1440778393_elmar.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.


XİN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfərin məqsədi avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etməkdir.

E. Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 973