NATO-nun mobil qrupu Azərbaycan pilotlarına təlim kursu keçir


01:40     05 Sentyabr 2017 207760_src.jpg

Hərbi Hava Qüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir.



Femida.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, kurs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilir. Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi təlim kursu sentyabrın 8-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 724