Ombudsmanın nümayəndələri Mehman Əliyevlə görüşüblər


19:36     07 Sentyabr 2017 mehman%20eliyev.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.


Femida.az Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox şəxslər fərdi qəbul edilib, o cümlədən Mehman Əliyev, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Hər bir şəxsə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib. Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 843