Mövludun cinayət işinə xitam verilib – ÖZƏL


21:11     08 Sentyabr 2017 668.jpg

Gənc yazar Mövlud Mövludun intiharı ilə bağlı başlanmış cinayət işinə xitam verilib.


Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məlumat verib.

Məlumatda bildirilir:

“Binəqədi rayon Prokurorluğunda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla iş üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 39.1.1 (cinayət hadisəsi olmadıqda) və 39.1.2 (əməldə cinayət tərkibi olmadıqda) maddələrinə əsasən 5 iyun 2017-ci il tarixində xitam verilmişdir”.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılmışdı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3251