Meksikada zəlzələ nəticəsində 34 nəfər ölüb


01:20     09 Sentyabr 2017 4559174.jpg

Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.


`Reuters`in verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.

Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 824